Millimiz İtaliyaya qarşı bu heyətlə oynayacaq

Prosineçki start heyəti açıqladı.
Milli komandamızın baş məşqçisi Robert Prosineçki İtaliya ilə oyun üçün start heyətini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Prosineçki bu gün keçirdiyi mətbuat konfransında ilk "11-liy"i elan edib.

Xorvat mütəxəssis Malta ilə oyunla müqayisədə heyətdə iki dəyişiklik edib. Zədəli Cavid Tağıyevlə Məhəmməd Mirzəbəyovu Maksim Medvedevlə Eddi İsrafilov əvəzləyib.Millimiz italyanlara qarşı bu heyətlə oynayacaq: Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov.


Milli komandamız

4 qat Dünya çempionu İtaliya millisi artıq bu gün Bakıya gəlib. "Skuadra Adzurra" Dünya Çempionatının əsas trofeyini də özü ilə Bakıya gətirib. Kubokla şəkil çəkdirmək istəyənlər bu arzunu reallaşdırmaq üçün ən azı 4 saat əvvəlcədədən oyunun keçiriləcəyi Olimpiya Stadionunda olmalıdır. Kubok stadionun çölündə olacaq. Heyətlərə gəlincə. Antonio Kontenin Bakıda Canluici Buffon, Leanordo Banuççi, Andrea Pirlo, Stefan Əl-Şəravi kimi ulduz futbolçulara şans verəcəyi gözlənilir. Çünki Bakıda qazanılan qələbə sabiq dünya çempionlarının birbaşa final mərhələsinə çıxışını təmin edəcək.


İtaliya millisi

Milli Olimpiya Stadionunda keçirilən ilk rəsmi matç kimi tarixə düşəcək Azərbaycan-İtaliya oyununun start fiti sabah saat 21:00-da səslənəcək.


Bakı Olimpiya Stadionu.