Şarapovanın dopinq cəzası açıqlandı

Rusiyalı tennisçi iki il tennis oynamaqdan məhrum edildi.
Mariya Şarapova - tennisçi
Mariya Şarapova - tennisçi

Dünyaca məşhur tennisçi  Mariya Şarapovanın dopinqdən istifadəyə görə cəzası məlum olub. ANS PRESS-in məlumatına görə, orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan ulduz idmançı 2 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Tennis Federasiyası məlumat yayıb.

Rusiyalı tennisçinin cəzası 2016-cı ilin yanvar ayının 26-dan başlayır. Həmin gün Avstraliya açıq turnirində Şarapovanın qanında “meldoni” tapılıb.

Beləliklə, məşhur idmançı Rioda keçiriləcək Olimpiya oyunlarını buraxmalı olacaq. Həmçinin tennisçinin Avstraliya açıq turnirindəki xalları hesablanmayacaq.  

Mildronat dərmanın effekti
Mildronat dərmanın effekti

Bir müddət əvvəl Mariya Şarapovanın qanında dopinq tapılıb. Bu barədə idmançı özü ABŞ-da mətbuat konfransı keçirərək məlumat vermişdi.

Beynəlxalq Tennis Federasiyası (ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verilənə kimi davam edib. 

Şarapova idmandan əlavə çox sayda reklam çarxlarında da rol alıb. "Forbes"in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub.

Lakin dopinq qalmaqalından sora bəzi şirkətlər gözəl idmançı ilə əməkdaşlıqdan imtina etməli olublar. 

 

Şərhlər