Gənclər və idman naziri Azad Rəhimovun idmançı Rafael Ağayevə toyunda maşın hədiyyə etməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.
Azərbaycan karateçisi, dördqat dünya, doqquzqat Avropa çempionu Rafael Ağayev ANS PRESS-ə deyib ki, yayılan məlumatlar yalandır: "Bu maşını mənə başqa adam hədiyyə edib. Qardaş, nazirin hədiyyəsi deyil".
Bir müddət əvvəl idmançı Rafael Ağayevə toy hədiyyəsi kimi avtomobil hədiyyə olunub. O bu barədə "İnstagram" səhifəsində məlumat yayıb. O, bahalı hədiyyəsini izləyiciləri ilə bölüşüb.
"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür!" - idmançı şəkli bu sözlərlə şərh edib.
İdmançının İtaliyanın "Yuventus" klubuna azarkeşlik etməsi də məlum olub. Onun geyindiyi forma "qoca sinyora"lara məxsusdur.
Karateçi sevdiyi xanım ilə martın 13-də nişanlanmışdı.
R.Ağayev karate üzrə Azərbaycan yığmasının kapitanıdır. 5-ci dan qara kəmərin sahibidir. O, Avropa Oyunlarında qızıl medalın sahibi olub."Brilyant oğlan" ləqəbli Rafael Ağayev "Qorxma, mən səninləyəm! 1919" filmində çəkilib.