Kriştiano Ronaldo dünyanın ən varlı idmançısıdır

"Forbes" ən çox qazanc əldə etmiş idman ustalarının adlarını dərc edib.
Kriştiano Ronaldo
Kriştiano Ronaldo

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. ANS PRESS-in məlumatına görə, "Forbes" jurnalının tərtib etdiyi siyahının ilk pilləsində Madridin “Real” klubu və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldo gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubu və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon.

Dünyanın ən çox qazanan 10 idmançısı:

1. Kriştiano Ronaldo (futbol) - $ 88 mln
2. Lionel Messi (futbol) - $ 81,4 mln
3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln
4. Rocer Federer (tennis) - $ 67,8 mln
5. Kevin Dürant (basketbol) - $ 56,2 mln
6. Novak Cokoviç (tennis) - $ 55,8 mln
7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln
8. Fil Mikelson (qolf) - $ 52,9 mln
9. Cordan Spayet (qolf) - $ 52,8 mln
10. Kobi Brayant (basketbol) - $ 50 mln

 

Şərhlər