Dünyanın ən sürətlisi Olimpiya qızılını itirə bilər

Sprinterlər 6 aydan bir ilə kimi cəzalandırıla bilər.
Useyn Bolt - sprinter
Useyn Bolt - sprinter

Dünyanın ən sürətli adamı Useyn Bolt  2008-ci il Olimpiadasında qazandığı qızıl medaldan məhrum edilə bilər. ANS PRESS-in məlumatına görə, buna səbəb idmançının qadağan olunmuş preparatdan istifadə etməsi olub. Bu barədə "Reuters" məlumat yayıb.

Useyn Boltdan əlavə sprinter Nesta Karterin də qanında metilqeksanamin aşkarlanıb. İdmançılar 6 aydan bir ilə kimi cəzalandırıla bilərlər. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək. Karter 2008 Olimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O həmçinin 2011, 2013 və 2015-ci illərdə dünya çempionu olub. 

Useyn Boltun 2008-ci ildəki yürüşü

Məşhur sprinter Bolt 2009-cu il avqustun 16-da Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında 100 metrlik məsafəni 9,58 saniyəyə qaçaraq yeni rekord təyin edib.

O, bu il avqustun 20-də isə 200 metr məsafəni 19,19 saniyəyə qət edib. Hər iki məsafədə əvvəlki nailiyyətlər də Bolta məxsus idi. Məşhur sprinter 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanmaqla yanaşı, 2 dünya rekordu müəyyənləşdirib.

Nesta Karter - sprinter
Nesta Karter - sprinter
 

Şərhlər