"Brilyant oğlan"a maşın hədiyyə olundu

Rafael Ağayev toy hədiyyəsinin fotosunu paylaşıb.
Rafael Ağayevin yeni avtomobili
Rafael Ağayevin yeni avtomobili

Azərbaycan karateçisi, dördqat dünya, doqquzqat Avropa çempionu Rafael Ağayevə toy hədiyyəsi kimi avtomobil hədiyyə olunub. ANS PRESS-in məlumatına görə, idmançı bu barədə “İnstagram” səhifəsində məlumat yayıb.  O, bahalı hədiyyəsini izləyiciləri ilə bölüşüb.

"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür!"  idmançı şəkli bu sözlərlə şərh edib.

İdmançının İtaliyanın "Yuventus" klubuna azarkeşlik etməsi də məlum olub. Onun geyindiyi forma "qoca sinyora"lara məxsusdur. 

Bir neçə gün əvvəl Rafael Ağayev özünə dəbdəbəli toy edib. O, toyuna ölkənin məşhur simaları dəvət edib. Gənclər və idman naziri Azad Rəhimov da Rafael Ağayevin xoş günündə iştirak edib. 

BUDA EZIYETIN BEHRESI VE TOYUMUN HEDIYYESI.ALLAHA MIN SHUKUR 😇😇🙏🙏

Фото опубликовано Rafael (@aghayev_rafael)

Karateçi sevdiyi xanım ilə martın 13-də nişanlanmışdı. 

R.Ağayev karate üzrə Azərbaycan yığmasının kapitanıdır. 5-ci dan qara kəmərin sahibidir. O, Avropa Oyunlarında qızıl medalın sahibi olub."Brilyant oğlan" ləqəbli Rafael Ağayev "Qorxma, mən səninləyəm! 1919" filmində çəkilib. 

Rafael Ağayev və həyat yoldaşı
Rafael Ağayev və həyat yoldaşı
 

Şərhlər