Rəsul Çunayev lider oldu

Yunan-Roma güləşçilərimiz reytinqdəki mövqelərini qoruyublar.
Rəsul Çunayev - güləşçi
Rəsul Çunayev - güləşçi

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. 

Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır.  

Rəsul Çunayev Bakıda keçirilən I Avropa Oyunlarında qazandığı qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyevə verdiyi əsgər salamı ilə ölkə ictimaiyyətinin yadında qalıb.  

 

Şərhlər