Rus iş adamı ilə lyuks yaxtada gizli görüş

Lionel Messinin atası onun transferi üçün görüş keçirir.
Görüşün keçirildiyi yaxta
Görüşün keçirildiyi yaxta

İspaniyanın “Barselona”  klubunun argentinalı ulduzu Lionel Messinin klubdan ayrılmaq üçün hərəkətə keçdiyi iddia edilir. ANS PRESS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı futbolçunun atası Corc Messi bu yaxınlarda Çelsi klubunun sahibi Roman Abramoviç ilə oğlunun transfer edilməsi ilə bağlı görüş keçirib.

Rus iş adamının 1.5 milyard funt-sterlinq dəyərindəki super lyuks "Eclipse" yaxtasında keçən görüşdə Corc Messi oğlunun transferi üçün Abramoviçdən illik transfer haqqı tələb edib.

Roman Abramoviç və Corc Messi
Roman Abramoviç və Corc Messi

İyulun 6-da “Barselona”  klubunun ulduzu Lionel Messi barədə məhkəmə tərəfindən 21 aylıq  həbs qərarı çıxarılıb. Bundan əlavə, vergidən yayındığı üçün argentinalı futbolçu iki milyon cərimə ödəməlidir.

Müstəntiqlər məşhur futbolçu və onun atasının gəlirlərin bir hissəsinin gizlətməsi üçün ofşor sxemlərindən istifadə etdiyini sübut edib.

2013-cü ildə vergidən yayındıqları üçün İspaniya məhkəməsi Leo və atası Xorxe Messi barəsində həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.

Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyünü qeyd edib.

Lionel Messi məhkəmədə
Lionel Messi məhkəmədə
 

Şərhlər