Azərbaycan idmançıları hədələndi

İdmançılar ətrafında dolanan dopinq qalmaqalı səngimir.
Ümumdünya Antidopinq Agentliyi
Ümumdünya Antidopinq Agentliyi

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanda dopinqlə aparılan mübarizədən narazıdır. Bu agentliyin və Azərbaycandan olan nümayəndələrin görüşündən sonra məlum olub.

ANS PRESS-in "İnsidethegames" elektron portalına istinadən verdiyi məlumata görə, portal Azərbaycan idmançılarının yoxlanması problemlərini bu sürətlə həll etməyə davam edəcəyi halda, agentliyin tələblərinə uyğun olmayan ölkə adlandırıla biləcəyini yazıb.

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanı qaydaları qərəzli şəkildə pozan Rusiya və Keniya kimi ölkələrlə bir sıraya qoymaqla hədələyib. Bu ölkələrin idmançıları Rio Olimpiadasından öncə əlavə dopinq yoxlamasından keçəcəklər.

Boyanka Kostova - Yay Olimpiya Oyunlarından kənarlaşdırılan atlet
Boyanka Kostova - Yay Olimpiya Oyunlarından kənarlaşdırılan atlet

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarına görə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, qurum beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir. Bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.

 

Şərhlər