Formula 1-in son işləri yoxlanıldı

Vaytinq son işləri tamamlanmaqda olan şəhər trekindən razı qalıb.
Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayıb
Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayıb

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayıb. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, Vaytinq  son işləri tamamlanmaqda olan şəhər trekindən razı qaldığını deyib:

“Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”.

Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayır.
Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayır.

Məlumatda qeyd olunub ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyunun 16-dan əvvəl başa çatdırmaq niyyətindədir.

Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula Bir Rəhbərliyi (FOM), Bakı Şəhər Halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Qeyd olunan binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son mərhələsi həyata keçirilir.

Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayır.
Çarli Vaytinq Bakı Şəhər Halqasının hazırlıq işlərini yoxlayır.

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq. 

Formula 1-in tanıtım videosu
 

Şərhlər