Azad Rəhimov inanır ki, Formula 1 gələn il gəlir gətirəcək

Nazir gələn ilə ümidlidir.
Azad Rəhimov - gənclər və idman naziri
Azad Rəhimov - gənclər və idman naziri

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin keçirilməsi üçün maliyyə planlarından danışıb. ANS PRESS-in məlumatına görə, nazir Rusiyanın "Sovetskiy Sport" saytına bu layihənin hökumətin xüsusi nəzarəti altında saxlandığını və hələlik Avropa Qran Prisinə özəl sərmayə qoyulmadığını deyib.

"Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik".

"Formula 1-in keçirildiyi şəhər trası yeni təyinat məntəqələrindən biri kimi Bakıya turistlərin diqqətini cəlb etmək imkanı verir. Güman edirik ki, Formula 1-in təşkilinə qoyulan vəsaitin gələcəkdə turizm hesabına geri qaytarmaqla hədəfimizə çatacağıq. Yarış ərəfəsində biləcəyik ki, nə qədər bilet hansı qiymətə satılıb və gəlirimizi çıxaracağıq. İkincisi turizmdən gəlirdir. Burada da hesablama apara bilərik. Bakı otellərində 12-14 min nəfərlik yerlər var. Üstəlik, mən bilirəm ki, villa və apartamentlər də icarəyə götürülür. Yəqin ki, biz 15-16 min turist barədə danışa bilərik. Biletlər, otellər, yemək və nəqliyyat xərclərini orta məbləğdən hesablayırıq. Bunlar iqtisadiyyata, vergilərə təkandır. Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik. Amma gələn il hər şeyin hazır vəziyyətdə olacağını, asfalt qatının dəyişdirilməyəcəyini nəzərə alaraq, ümidvaram ki, gəlir götürə biləcəyik". 

Ötən gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov TASS-a danışaraq bildirib ki, gələn il Bakıda Formula 1 yarışı gecə keçirilə bilər. Nazirin oğlu qeyd edib ki, əgər yürüş gecə olsa əlavə xərclər də artacaq.  

Yarışın xəritəsi
Yarışın xəritəsi

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq. 

Bakıda keçiriləcək Formula 1 yarışının tanıtım videosu
 

Şərhlər