Türkiyəli daha bir atletin qanında dopinq aşkarlanıb. ANS PRESS-in məlumatına görə, 2012-ci ildə Londonda keçirilən olimpiadada gümüş medal qazanan Qamze Bulut qadağan olunmuş maddədən istifadə edib.
Qamze Bulut qadağan olunmuş maddədən istifadə edib.
Bu barədə Beynəlxalq Atletika Federasiyası məlumat yayıb. 1500 metr məsafədə ikinciliyi əldə edən Qamze daha sonra qatıldığı yarışlarda uğursuz nəticələrlə qarşılaşıb. Bu isə federasiyanın şübhələrinə səbəb olub. Atletin bioloji pasportunda diqqət yetirdikdə isə məsələni anlamaq çətin olmayıb.
Qeyd edək ki, bundan əvvəl eyni məsafədə, eyni yarışda qızıl medalı qazanan Aslı Çakır Alptekinin də dopinqdən istifadə etdiyi təsdiqlənmişdi.