Sevil Əliyevanın oğluna Azərbaycanda vəzifə verildi

"Azər Əliyev həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub".
Azər Əliyev - Ağır Atletika Federasiyasının vitse-prezidenti
Azər Əliyev - Ağır Atletika Federasiyasının vitse-prezidenti

Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. ANS PRESS-in məlumatına görə, Sevil Əliyeva bu barədə məlumatı virtualaz.org-a təsdiqləyib.

“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, - Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.

Leyla Əliyeva və Azər Əliyev
Leyla Əliyeva və Azər Əliyev

Ağır Atletika Federasiyasının prezidenti AZAL-ın rəhbəri Cahangir Əsgərovdur.