Küçə əfsanəsi dünyasını dəyişdi

İdmançının ölüm səbəbi məlum deyil.
Kimbo Slays - idmançı
Kimbo Slays - idmançı

 Qarışıq və əlbəyaxa döyüş növləri idmanının dünyaca məşhur ulduzu Kimbo Slays dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, 43 yaşlı idmançı ABŞ-ın Florida ştatındakı Koral-Sprinqs şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

"Bu gün bizim qardaşımız dünyadan köçdü” - deyə döyüşçünün agenti Mark Uimber bu barədə məlumat yayıb. İdmançının ölüm səbəbi məlum deyil. Əsl ad və soyadı Kevin Ferqüsson olan Kimbo Slays 1974-cü ildə Baham adalarının paytaxtı Nassau şəhərində anadan olub.  2007-ci ildə rəqibini 19 saniyəyə nokauta salan Kimbo MMA-da debüt edib. Peşəkar karyerasında 6 döyüş keçirmiş Kimbo Slays bu qarşılaşmalardan 4-də qalib gəlib.

Kimbo Slaysın döyüşləri

Kimbo Slays küçələrdə döyüşür, bunu videoya çəkir və YouTube-da paylaşırdı. Məhz həmin videoların sayəsində Kimbo o qədər məşhurlaşmışdı ki, MMA onu rəsmi döyüşlərə dəvət etdi. Daha sonra o, UFC və "Bellator" assosiasiyalarının təşkil etdiyi matçlara da qatılıb. 2011-ci ildə superağır çəkidə çıxış etməyə başlamış K.Slays keçirdiyi 7 döyüşün hamısında qalib gəlib. 

K.Slays filmlərə də çəkilib. O, "Blood and Bone", "Spring Broke", "Locked Down", "Circle of Pain", "Merry Christmas, Drake & Josh", "The Scorpion King 3: Battle for Redemption" filmlərində rol almışdı. Kimbo Slays MMA tarixində ən populyar döyüşçülərdən biri, internet sensasiyası idi.