Rusiya vətəndaşı olan məşhur idmançı biabır oldu

Cef Monson 30 saniyəyə rəqibinə məğlub olub.
Cef Monson - döyüşçü
Cef Monson - döyüşçü

Qarışıq döyüş ustası Cef Monson Rusiya vətəndaşı olduqdan sonra cızdığı ilk yarışında biabırçı vəziyyətdə məğlub olub. ANS PRESS-in məlumatına görə, amerikalı döyüşçü rusiyalı idmançı İvan Ştırkov ilə qarşılaşıb. Cef Monson 30 saniyədə rəqibinə məğlub olub.

Döyüş Rusiyanın Yekaterinburq şəhərində keçirilib. 27 yaşlı İvan Ştırkovun ilk hücumu uğurlu alınıb. O, əvvəl 45 yaşlı amerikalının baş nahiyəsinə sağ əli ilə güclü zərbə endirib. Monson zərbənin gücündən yerə yıxılıb. Rusiyalı idmançı isə amerikalının özünə gəlməyə imkan verməyərək onun əlini tutaraq döyüş fəndinə salıb. Nəticədə Cef Monson təslim olub.

Amerikalı idmançı ötən il Rusiya vətəndaşı olub. 

İvan Ştırkov - Cef Monson qarşılaşması

Cef Monson braziliya cui-citsu üzrə ikiqat dünya çempionu olub. O, 2012-ci ildə Rusiya vətəndaşlığını qəbul etmək istədiyini deyib. Lakin məşhur idmançıya vətəndaşlıq yalnız ötən ilin dekabrında verilib.

Cef Monson karyerası ərzində 59 qələbə qazanıb. 26 dəfə isə məğlub olub. İvan Ştırkov 5 qarşılaşmasından hamısında qalib gəlib. 

 

Şərhlər