Şarapova tennisi atır

Dünyanın ən gözəl idmançılarından biri bu gün fövqəladə mətbuat konfransı keçirir.
Mariya Şarapova
Mariya Şarapova

Dünyanın ən məşhur və gözəl tennisçilərindən biri olan Mariya Şarapova idmandan ayrılır. ANS PRESS-in məlumatına görə, rus gözəli bu gün Los-Ancelesdə fövqəladə mətbuat konfransı keçirəcək. Hələlik konfransda hansı məqamlara aydınlıq gələcəyi açıqlanmayıb.

Konfransda "çox böyük xəbər" veriləcəyi bildirilsə də onun nə olduğu açıqlanmayıb. Amma iddialara görə, Şarapova bu gün axşam böyük tenissi tərk etdiyini açıqlayacaq. 

Dünya idmançıları arasında önəmli yerə sahib olan 28 yaşlı Şarapovanın mətbuat konfransı ilə bağlı ehtimallar "Independent", İspaniyanın "Cadena Ser", İtaliyanın "La Gazzetta Dello Sport" və ABŞ-ın "Washington Post" kimi bir çox tanınmış mətbuat oqranlaqında yer alıb. 

Mariya Şarapova - rus tennisçi
Mariya Şarapova - rus tennisçi

Gözəl idmançı son dəfə yanvar ayında Avstraliyada keçirilən çempionatda ulduz tennisçi Serena Uilyamsla qarşılaşıb və məğlub olub. Son illər o aldığı xəsarətlərə görə müntəzəm olaraq yarışlarda iştirak edə bilmir. Hətta bu ay olacaq "Indian Wells" turnirindən də çəkilib. 

M.Şarapova dünyanın ən zəngin idmançıları arasında yer alır. O, idmandan əlavə çox sayda reklam çarxlarında da rol alır. "Forbes"in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub. 

Mariya Şarapova həm də model kimi fəaliyyət göstərir
Mariya Şarapova həm də model kimi fəaliyyət göstərir
 

Şərhlər