120 milyon dollarlıq boks qarşılaşması olacaq (FOTO)

Tayson Fyuri və Vladimir Kliçkonun yenidən üz-üzə gəlməsi üçün Dubay milyarderi fantastik təklif irəli sürüb.
Britaniyalı super ağır çəkili boksçu Tayson Fyuri ilə ukraynalı Vladimir Kliçkonun yenidən rinqdə üz-üzə gəlməsi üçün Dubay milyaderlərindən biri fantastik təklif irəli sürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fyuri xəbər verib.

İngiltərəli boksçu revanş döyüşü üçün 120 milyon dollarlıq təklif aldığını bildirib: "Danışdığım şəxs döyüşün ona aid şəxsi yaxtada keçirilməsini istəyir. Onun sözlərinə görə yaxtada 120 nəfəri qonaq edə bilər. Bir biletin qiyməti isə 1 milyon dollar olacaq. Mənim bundan nə qədər qazanacağımı demədi. Ancaq onu bildirdi ki, qarşılaşma televiziya vasitəsi ilə canlı yayımlanmaycaq. Bundan başqa media işçiləri içəri buraxılmayacaq".



Qeyd edək ki, WBA, İBF və WBO versiyaları üzrə superağır çəkidə yeni dünya çempionu Tayson Fyuri Vladimir Kliçkonu Almaniyanın Düsseldorf şəhərində keçirilmiş qarşılaşmada xal hesabı ilə məğlub etmişdi - 115:112, 115:112, 116:111.