Lisenziyaları əlindən alınan Ağır Atletika Federasiyası şikayət edəcək

Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.
Valentin Xristov - atlet
Valentin Xristov - atlet

Azərbaycan Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. Federasiyadan ANS PRESS-ə  verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır. 

Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etmək  niyyətindədir. Bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.

Boyanka Kostova - Yay Olimpiya Oyunlarından kənarlaşdırılan atlet
Boyanka Kostova - Yay Olimpiya Oyunlarından kənarlaşdırılan atlet

Bir müddət əvvəl Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib.

Olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın ağırlıqqaldıran yığmasının 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb.

Milli komandamız "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

 

Şərhlər