Məhəmməd Əlinin ölüm səbəbi bilindi

Əfsanəvi boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan vəfat edib.
Məhəmməd Əli - Əfsanəvi boksçu
Məhəmməd Əli - Əfsanəvi boksçu

İyunun 3-də 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Reuters agentliyi xəbər verir ki, Məhəmməd Əli naməlum təbii səbəbdən baş vermiş septik şokdan vəfat edib.

Əfsanəvi boksçu iyunun 3-də Arizona ştatında xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından həyatını itirib. Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

ABŞ-ın Kentukki ştatının Louisvill şəhərində 1942-ci il yanvarın 17-də dünyaya gələn Məhəmməd Əli İslam dinini qəbul etməmidən əvvəl Kassius Marselius Kley adını daşıyırdı.

O, 6 uşaqlı orta təbəqəli afroamerikalı ailədə dünyaya gəlib. Onun boksla tanışlığı oğurluq hadisəsindən sonra başlayıb. Məhəmməd Əli 12 yaşında olarkən velosipedi oğurlanır və o, polisə müraciət edir.

Polis bölməsində əsəblərini cilovlaya bilməyən Məhəmməd Əliyə boksla məşğul olması tövsiyyə edilir.

Sonrakı 4 il boyunca boks məşqçisi Çak Bodak tərəfindən hazırlaşdırılan Məhəmməd Əli bu müddət ərzində bir çox yarışlarda “Qızıl əlcək” mükafatına layiq görüldü. O, həvəskar boksçu olaraq rinqə çıxdığı 100 döyüşdən 95-də qələbə qazandı.

Əfsanəvi boksçu Məhhməd Əli 61 döyüşdən 56-da qalib gəlib.
Əfsanəvi boksçu Məhhməd Əli 61 döyüşdən 56-da qalib gəlib.

O ilk dəfə dünya çempionu titulunu 1964-cü ilin fevralında özünün əsl adı ilə, üzərində qələbə qazanaraq almışdı. O vaxtadək peşəkar boksçu kimi onun cəmi 12 görüşü olmuşdu. O bu döyüşlərin hamısında qəlib gəlmişdi.

Əli 1967-ci ildə orduda xidmətdən imtina etməsi ilə əlaqədar çempion titulundan məhrum edilmiş, ona ABŞ ərazisində yarışmaq, habelə xaricə səfər etmək qadağan olunmuşdu.

Yarış qadağanının qaldırılması Əliyə 1974-cü ildə George Formanla döyüşdə çempion titulunu qaytarmaq imkanı vermişdi. 1978-ci ildə Leon Spinksə məğlub olduqdan sonra, elə həmin il təkrar döyüşdə çempion titulunu üçüncü dəfə qaytara bilmişdi.

Rinqdə döyüşçü

Məhəmməd Əli Kentukki ştatının Luisvil şəhərində tərtibatçı rəssam Kassius Kleyin və evdar qadın Odessa Kleyin ailəsində doğulub.

12 yaşında uğurlu boks karyerasına başlayan oğul Kassius Kley 1960-cı ildə yarımağır çəkidə olimpiya qızılını qazanıb.

Olimpiya oyunlarındakı qələbədən sonra Əli peşəkar boksçu karyerasına başlayıb. Bu karyera ərzində o müntəzəm qələbələr qazanıb və özünüreklamın unikal nümunələrini göstərib.

Əli döyüşdən əvvəl bir qayda olaraq rəqibin necə məğlub olacağını deyər və bu, adətən baş verərdi.

O 1964-cü ilin fevralında Sonny Listona 6-cı raundda qəlib gələrək ağır çəkidə dünya çempionu olub. Növbəti üç ildə 9 yarışda qəlib gələrək bu titulu qoruyub.

Elə həmin il o, adını və dinini dəyişərək Məhəmməd Əli edib. Bu addıma onu həmin vaxt ABŞ-da genişlənməkdə olan qaradərili müsəlman hərəkatı sövq etmişdi.

Məhəmməd Əli namaz qılarkən
Məhəmməd Əli namaz qılarkən

Orduda xidmətdən imtina etməsi onun karyerasında birinci mərhələnin sonu olmuşdu. O demişdi ki: “Viyetnamlılar mənə nə edib ki, onlara qarşı döyüşüm”.

Dünya Boks Assosiasiyası onun çempion titulunu alıb Co Freyzerə vermişdi. Əli həbsxanaya düşməmək üçün cərimə ödəm və idman karyerasını dayandırmalı olmuşdu.

Əli bir neçə ildən sonra rinqə qayıtmış və 1974-cü ildə Joe Fraser üzərində parlaq qələbə qazanmışdı. Buna baxmayaraq dünya çempionu titulu ona qayıtmamışdı. Beləki bundan əvvəl Joe Fraser çempion titulunu George Formana uduzmuşdu.

O, 1974-cü ilin oktyabrında Zairdə keçirilən döyüşün səkkizinci raundunda Formanı nokauta salaraq ağır çəkidə dünya çempionu titulunu qaytarmışdı. Əlinin o zaman 32 yaşı vardı və o çempion titulunu qaytara bilmiş ikinci boksçudur.

1975-ci ilin oktyabrında Joe Fraser çempion titulunu qaytarmaq üçün Manilada Məhəmməd Əli ilə rinqə çıxmış, lakin uğur qazana bilməmişdi.

Həyatda da döyüşçü

1976-cı ilin payızında Əli böyük idmandan getmək və özünü dinə həsr etmək planlarını açıqlamışdı. İctimaiyyət bu bəyanata inanmamış və doğrudan da bir qədər sonra o yeni döyüş elan etmişdi.

1978-ci ildə keçirilən matçda Əli daha gənc Leon Spinksə uduzmuş, lakin 8 aydan sonra xal hesabı ilə inamlı qələbə qazanaraq titulunu geri qaytarmışdı. Bir çoxları onun öz karyerasını çempion kimi başa vurmasını arzulasalar da, boksçu bu qərarı elə hey təxirə salır, vaxtının çoxunu həm də kinematoqrafa həsr edirdi.

Lakin 1980-ci ildə Larri Holmesə və 1981-ci ilin dekabrında Trevor Berbikə məğlub olduqdan sonra Əli öz idman karyerasının başa çatdığını elan etdi.

1984-cü ilin aprelində Əli bəyan etmişdi ki, öz məşhurluğundan dinini təbliğ etmək üçün istifadə edəcək, lakin indi medianın diqqəti daha çox onun səhhətinə yönəlmişdi. Onda nitq çətinliyi yaranmış, yerişi qətiyyətini itirmiş, halsızlıq əmələ gəlmişdi.

Həkimlər Əliyə Parkinson diaqnozu qoymuşdular, amma vəd etmişdilər ki, o dərmanlarını qəbul etsə nisbətən normal həyatını yaşaya biləcək.

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

1989-cu ilin oktyabrında George Forman və Joe Fraser-lə birlikdə “Həmişk çempion” filminin reklam kampaniyasında Əli xəstəliyin aşkar təsirinə baxmayaraq kəskin ağıl nümayiş etdirməkdən yorulmadığını göstərmişdi.

Böyük idmandan getdikdən sonra Məhəmməd Əli xeyriyyə aksiyalarında fəal iştirak edir, keçmiş idmançılar, habelə Çikaqoda onun adını daşıyan müsəlman məktəbi üçün vəsait toplayırdı.

O 1980-ci ildə prezident Jimmy Carterin Afrikadakı xüsusi nümayəndəsi kimi Moskvada keçirilən Olimpiya oyunlarının boykotunu dəstəkləməyə çağırmışdı.

O Sülh Korpusu Məşvərət Şurasının üzvü, Banqladeşin Çikaqodakı fəxri konsulu olmuşdu. Əli 4 dəfə evlənib və 6 uşağı olub (uşaqların 4-ü ikinci, 2-si isə üçüncü nikahdandır).

 

Şərhlər