Azərbaycan "Rio-2016"ya daha bir lisenziya qazandı

23 yaşlı idmançı Moldovanın açıq çempionatda olimpiadya lisenziya əldə edib
Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı qazanıb.

ANS PRESS-in məlumatına görə, 3-cü lisenziyanın sahibi Hanna Skidan olub.

Atletikanın çəkicatma növündə çıxış edən 23 yaşlı idmançı Moldovanın açıq çempionatda olimpiadya lisenziya əldə edib. Hanna 72,31 metr nəticə ilə 2-ci yeri tutub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın başqa bir çəkicatanı Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) "Rio-2016"ya vəsiqə qazanıb.