Messi fikrini dəyişdi, geri qayıdır

"O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir".
Messi - futbolçu
Messi - futbolçu

“Barselona” yığmasının ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır. ANS PRESS-in məlumatına görə, futbolçu fikrini dəyişib. Bu barədə "La Nacion" məlumat yayıb.

“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”. Məlumata görə, bu sözləri adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı məlumatı mediaya ötürüb.

"Kopa Amerika" çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun taleyinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.

11 metrlik zərbələr seriyasında Messi qol vura bilməmişdi. Komandasının məğlubiyyətindən sonra Messi milli karyerasına son qoyacağını açıqlamışdı.

Lakin ölkə prezidenti Maurisio Marki də ona "Twitter" səhifəsində ona dəstəyini bildirib və Messinin milli komandada qalmasını istəyib.

 

Şərhlər