Hemilton Bakı halqasının qisasını aldı

Britaniyalı pilot rəqiblərindən üstün olmağı bacarıb.
Britaniyalı pilot Luis Hemilton
Britaniyalı pilot Luis Hemilton

"Formula-1" yarışları üzrə Dünya çempionatının növbəti mərhələsi arxada qalıb. Avstriya Qran-prisinin sonunda yenə də qələbəyə sevinən mersedes pilotu oldu.

ANS PRESS-in məlumatına görə, 71 dövrəlik Avstriya Qran-prisini "Mersedes" pilotu Luis Hemilton qazanıb. Dumanlı Albion təmsilçisi ən yaxşı dövrəni qazanaraq sonadək liderlər qrupunda mübarizəni davam etdirib.

Ötürücülər qutusundakı dəyişikliklərə görə yarışın təşkilatçıları Hemiltonun komanda yoldaşı Niko Rozberqi və "Ferrari"də çıxış edən Sebastyan Fetteli cərimələyiblər. Nəticədə Rozberq yürüşə 6-cı, Fettel isə 9-cu sıradan başlayıb.

Niko tezliklə itkiləri qaytararaq Hemiltonla birincilik uğrunda başabaş mübarizəyə girişib. Fettel isə təkərləri yeyildiyindən qəzaya uğrayaraq liderlər savaşından aralanmalı olub. "Mersedes" pilotları finişə 3 dövrə qalmış qalibin kimliyi məsələsinə aydınlıq gətiriblər. Nəticədə Luis Hemilton bolidini zədələyən Niko Rozberqi qabaqlayaraq Avstriya Qran-prisinin qalibi adını qazanıb. Birinciliyi itirən Niko isə bu hələ azmış kimi Ferstappeni və Raykkoneni də özündən irəli buraxaraq finişə dördüncü çatıb. Bir həftədən sonra Formula-1 pilotları Böyük Britaniyanın əfsanəvi Silverstoun trasında şütüyəcəklər.   

Hemiltonun müsahibəsi

19 iyun Bakıda keçirilmiş Avropa Qran-prisində Niko Rozberq (Mercedes) qalib gəlib. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə  “Force İndia”nın sürücüsü Serxio Peres tutub. Luis Hemilton isə beşinci yer ilə kifayətlənməli olub.

 

Şərhlər