Prosineçki start heyətini açıqladı

Xorvat mütəxəssis komandamızın Xorvatiyaya qarşı bu heyətlə oynayacağını bildirib.
Yığmanın baş məşqçisi Robert Prosineçki milli komandamızın start heyətini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, xorvat mütəxəssis komandamızın sabah Xorvatiyaya qarşı bu heyətlə oynayacağını bildirib.

Prosineçki bildirib ki, Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədəvi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nəzərov, Ruslan Qurbanov və Məhəmməd Qurbanovu ilk dəqiqələrdən meydana buaracaq. Əfran İsmayılov isə hazır olsa oynayacaq.


Azərbaycan millisi

Xorvat mütəxəssis bu gün Xorvatiya ilə baş tutacaq oyundan əvvəl mətbuat konfransın da bunları bildirib: "Komandanın məşq prosesindən razı qalmışam. Rəqibdən çəkinmirik. Mən başa düşə bilmirəm ki, hər mətbuat konfransında Nurlan Novruzovdan mənə niyə sual verilir. Siz Mancukiçin, Rakitiçin və Modriçin hansı klublarda oynadığını bilirsiniz? Mən sadəcə Nurlanı çağırıb onu sınamaq istəyirdim. Əfran İsmayılovla bağlı problem var. Onunla bağlı qərarımı sonra verəcəyəm. Əzələsində problemlər vardı".