Əfsanə komandanı tərk etdi

Rayan Giqqz^ "Ayrılmaq qərarı vermək mənim üçün çox çətin idi".
Rayan Giqqz - sabiq futbolçu
Rayan Giqqz - sabiq futbolçu

“Mançester Yunayted”in canlı əfsanəsi Rayan Giqqz komandasını tərk edib.
ANS PRESS-in məlumatına görə,  yerli mətbuata açıqlamasında bu barədə o özü məlumat verib.

“Mançester Yunayted” 14 yaşımdan indiyə kimi həyatımın ayrılmaz parçası olub. Ayrılmaq qərarı vermək mənim üçün çox çətin idi”. Giqqz 23 il futbolçu kimi  “Yunayted”in şərəfini qoruyub.

O, bu müddətdə “Qırmızı Şeytanlar”la 13 dəfə Premyer Liqanın qalibi olub, 4 dəfə Federasiya kubokunu, 2 dəfə isə Çempionlar Liqasını qazanıb. 42 yaşlı mütəxəssis 2013-cü ildən MY-də məşqçi işləyirdi.

O, bu müddətdə David MoyesLui van Qalın köməkçisi olub. Giqqzin yeni baş məşqçi Joze Mourinyo ilə çalışmaq istəmədiyi üçün komandadan getdiyi iddia olunur.

 

Şərhlər