Mourinyonun 60 milyonluq transferi

Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir.
Joze Mourinyo
Joze Mourinyo

İngiltərənin "Mançester Yunayted" klubunun transfer etmək istədiyi futbolçulardan birinin kimliyi bilinib. ANS PRESS-in məlumatına görə, baş məşqçi Joze Mourinyo Paul Poqbanı komandasında görmək istəyir.

"Poqba 49 oyuna 10 qol vurub"

Mançester təmsilçisi bu transfer üçün böyük məbləğdən belə keçməyə hazırdır. İddialara görə, "Mançester Yunayted" Poqba üçün "Yuventus"a 60 milyon funt-sterlinq təklif edib.

Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir.

Paul Poqba
Paul Poqba

2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"a keçib. "Transfermarkt"ın 65 milyon avro qiymət qoyduğu 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.

Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

 

Şərhlər