Məhəmməd Əli xəstəxanaya düşdü

Parkinson xəstəliyindən əziyyət çəkən Əlinin tezliklə evə buraxılacağı bildirilir.
Məhəmməd Əli
Məhəmməd Əli

Ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əlinin vəziyyəti pisləşib. ANS PRESS-in məlumatına görə, keçmiş dünya çempionu tənəffüs orqanları ilə bağlı xəstəxanaya yerləşdirilib.

"Üçqat dünya çempionu dünyanın məşhur müsəlmanlarından biridir"

Hazırda 74 yaşlı sabiq boksçunun səhhəti qənaətbəxşdir. 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Əlinin tezliklə evə buraxılacağı bildirilir. Sonuncu dəfə Əli ötən il 73-cü yaş gününü qeyd etdiyi gün xəstəxanalıq olub. 

Məhəmməd Əli
Məhəmməd Əli

Məhəmməd Əlinin yaxın ailə dostu olan Bob Qannell əfsanəvi boksçunun sidik yolu infeksiyası səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib. Məhəmməd Əlinin vəziyyətinin yaxşı olduğunu deyən Qannell qısa müddət ərzində onun xəstəxanadan çıxacağını bildirmişdi. 

Boks əfsanəsi Məhəmməd Əli ABŞ respublikaçı prezidentliyə namizəd Donald Trumpın müsəlmanların Amerikaya girişinə qadağa qoyulması ilə bağlı təklifini tənqid etmişdi. Trumpın adını çəkmədən Məhəmməd Əli bildirib ki, müsəlmanlar İslamdan öz şəxsi mənfəətləri üçün istifadə edən şəxslərə qarşı durmalıdırlar.

74 yaşlı üçqat dünya çempionu, mədəni rəmz hesab olunur və dünyanın məşhur müsəlmanlarından biridir.

 

Şərhlər