"Mançester Siti" qalib gəldi (VİDEO)

Kevin de Brüyne dubl etdi.
Futbol üzrə İngiltərə liqa kubokunun 1/4 finalında "Mançester Siti" klubu öz meydanında "Hall Siti"ni qəbul edib.

ANS PRESS-in məlumatına görə, oyunda hesabı meydan sahibləri açıblar.

Beləki, oyunun 12-ci dəqiqəsində "Mançester Siti"nin futbolçusu Vilfrid Boni komandasını hesabda önə keçirib. 80-cı dəqiqədə isə, Keleçi İheanaço Sterlinqin cinahdan ötürdüyü topu qapıdan keçirərək, hesab arasında kı fərqi ikiyə yüksəldib. Buraxılmış qoldan 2 dəqiqə sonra "Hall Siti"li futbolçular bir daha qapılarında qol görüblər. Bu dəfə Kevin de Brüyne qonaq komandanın azarkeşlərini məyus edib.
Ancaq bu da oyunda vurulan son qol olmayıb, 87-ci dəqiqədə Kevin de Brüyne özünün 2-ci komandasının isə, 4-cü qolunu vurub. "Hall Siti"li futbolçularının isə yalnız təsəlli qoluna gücü çatıb. Beləki, 90-cı Robertson qol vurmağı bacarıb.
Beləliklə, "Mançester Siti" klubu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb.


"Mançester Siti" - "Hall Siti" oyunu