Rusiya çempionu Mahaçqalada güllələnib

Həkimlər idmançının bədənindən 6 güllə çıxardıblar.
Şahbulat Şamxalayev - döyüşçü
Şahbulat Şamxalayev - döyüşçü

Peşəkar qarışıq idman növü üzrə döyüşçü Şahbulat Şamxalayevə qarşı silahlı hücum olunub. ANS PRESS-in məlumatına görə,  idmançı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ağır yaralanıb.

Hadisə ötən gün baş verib. İdmançıya hücum hadisəsi restoranın müşahidə videokamerasına düşüb. Naməlum şəxs tapança ilə restorana daxil olub. Onun ardınca daha bir kişi masa arxasından durub. Onlar bir neçə addım ataraq atəş açmağa başlayıb. Şamxalayev ağır yaralanıb. Həkimlər idmançının bədənindən 6 güllə çıxardıblar. Onlar həmçinin idmançının böyrəklərindən birini çıxarmalı olublar. Bununla belə, Şamxalayevin vəziyyəti sabit qiymətləndirilir.

İdmançının güllələnmə anı

32 yaşlı Şamxalayev 2012-ci və 2014-cü illərdə Bellator FC. klubunda çıxış edib. Onun aktivində 15 oyuna 12 qələbə var.