Alonso Bakıda qeyri-adi şoudan danışdı

Ulduz elçi Azərbaycanda keçiriləcək yarışın möhtəşəm olacağından əmindir.
Fernando Alonso - pilot
Fernando Alonso - pilot

Azərbaycan tarixində ilk dəfə keçiriləcək Formula 1 yarışının Bakı mərhələsinin ulduz elçisi Fernando Alonso Bakı haqqında danışıb. ANS PRESS-in məlumatına görə, Alonso Bakıda keçiriləcək yarışın heyrətamiz yol və maraqlı teleşou kimi iki vacib faktoru özündə birləşdirdiyini deyib.

“Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə yolunda saatda 300 kilometrdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və burada qeyri-adi şou olacaq. Burada ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil". 

Bakıda keçiriləcək Formula 1 yarışının tanıtım videosu

14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsizlik baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.

Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq 9 tribunadan 7-nin tikintisi artıq başa çatıb. Hazırda 5 min nəfərlik tutuma sahib Abşeron tribunasının tikintisi davam edir. Azneft tribunasının quraşdırılmasına isə iyunun 2-də start veriləcək. Bu zaman Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan əlavə, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvar hissəsində də hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. 

Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb.
Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb.
 

Şərhlər