Mourinyo iki ulduzu komandada görmək istəmir

Yeni məşqçi bu oyunçuları heyətdə görmək istəmir.
Joze Mourinyo
Joze Mourinyo

"Mourinyo "MY"in 62,23 milyon avro xərclədiyi futbolçulardan imtina edir"

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo artıq heyətdə təmizliklərə başlayıb. ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis iki ulduzu göndərmək qərarına gəlib.
İddialara görə, Mourinyo Xuan Mata və Daley Blindi heyətdə görmək istəmir. Mütəxəssis rəhbərlikdən hər iki futbolçunun göndərilməsini istəyib. Mourinyo "Mançester Yunayted"in 62,23 milyon avro xərclədiyi futbolçulardan imtina edir.

Mata və Blind
Mata və Blind

"Mançester Yunayted" Xuan Matanı 2014-cü ildə "Çelsi"dən 44,73 milyon avroya transfer edib. Komandanın heyətində indiyədək 104 rəsmi oyuna çıxan 28 yaşlı ispan yarımmüdafiəçiyə "Transfermarkt" 34 milyon avro qiymət qoyub.
Daley Blind isə 2014-cü "Ayaks"dan 17,5 milyon avroya transfer olunduğu "Mançester Yunayted"in əsas heyətində 85 rəsmi matça çıxan 26 yaşlı holland yarımmüdafiəçi 4 qol vurub. "Transfermarkt"ın hesablamalarına görə, onun hazırda 19 milyon avro dəyəri var.
 

 

Şərhlər