İngiltərədə qeyri-adi yarış keçirilib

Yüzlərlə ekstrim həvəskarı tədbirdə iştirak etdi.
Pendir gillədənlər
Pendir gillədənlər

İngiltərənin Brokvort kəndində insanlar Kuper təpəsinin zirvəsinə toplaşaraq pendir gillətmə yarışında iştirak edib. Yüz illik tarixi olan qeyri-adi idman yarışı dünya ekstremallarını özünə cəlb edib.

ANS TV-nin məlumatına görə, yerin cazibə qüvvəsinin fərdi ustalıqdan üstün olduğu yarışda iştirakçılar yıxıla-yıxıla təpədən aşağı yuvarlanan pendirin ardınca  qaçmağa çalışsalar da, son nəticədə yuvarlanaraq təpəni aşmalı olublar. Xəsarət almaq təhlükəsi ilə üzləşən iştirakçıları vaxtında tutmaq üçün təpənin aşağısında reqbi komandasının idmançıları hazır vəziyyətdə ekstrimalların yetişməsini gözləyiblər.

Təpədən yuvarlanarkən xəsarət almışları isə təcili yardım xidmətinin əməkdaşları qarşılayıb.  
Yarışma idman rəqabətindən çox özündə bir təntənə, şənlik ruhu daşıyıb. Hərbi qulluqçu 28 yaşlı Kris Anderson kişilər arasında iki pendir gillətmə yarışmasında qalib gəlib. Maraqlıdır ki, pendirin dalınca qaçan əsgərin həyatda pendir yeməklə ümumiyyətlə arası yoxdur.

Pendir gillətmə yarışı
 

Şərhlər