Turistlər səyahət etdikləri mağarada tələyə düşdülər

ABŞ polisi onları xilas edə bilib.
Kentukkidə yerləşən mağara
Kentukkidə yerləşən mağara

Amerika Birləşmiş Ştatlarında yerləşən mağaralardan birində turist dəstəsi tələyə düşüb. 19 nəfərdən ibarət qrup xilas olunub.

ANS PRESS-in "Ria novosti"yə istinadən verdiyi məlumata görə, macəra filmlərini xatırladan hadisə ABŞ-ın Kentukki ştatında baş verib. Yağışın yağması səbəbiylə mağaradan çıxa bilməyən 19 nəfər turist sonda xilas edilib. Bu haqda ştatın qubernatoru Mett Bevin məlumat verib.

21 nəfərdən ibarət turist qrupu cümə axşamı səhər yerli mağaralardan birinə ekskursiyaya gəlib. Bu zaman yağmağa başlayan yağış tədricən mağaranı doldurub və yalnız 4 nəfər oranı tərk edə bilib. İki yerli polis əməkdaşı tələyə düşənlərin xilas edilməsi üçün hadisə yerinə göndərilib, onlarla da əlaqə kəsilib.

KİV-lərin və ictimaiyyətin diqqətini özünə çəkən hadisə xoşbəxt sonluqla yekunlaşıb. Turistlər mağaradan sağ çıxarılıb. "Bütün səyyahlar mağaradan xilas edilib", — deyə Bevin öz "Twitter" səhifəsində yazıb.

Ötən gün baş vermiş hadisə bədbəxt sonluqla yekunlaşıb. Aralıq dənizində miqrant faciəsi yaşanıb. Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində  80 miqrant Aralıq dənizi sularında boğularaq həyatını itirib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Bölgəyə xilasetmə briqadaları cəlb edilib.

Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.

 

Şərhlər