26 oktyabr tarixdə bu gün

Yaddaşlara yazılan tarixə birgə nəzər salaq.
Miladi: 26 oktyabr 2015
Hicri: 13 Məhərrəm 1437

İlin 299-ci günü
İlin sonuna 66 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05:42
Günəş – 07:03
Zöhr – 12:24
Əsr – 16:04
Məğrib - 10:00
İşa – 19:01

Əhəmiyyətli hadisələr

1795-ci ildə Polşa tarixində ölkənin digər dövlətlər arasında üçüncü (axırıncı) bölünməsi başa çatıb.
1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradılıb.
1905-ci ildə İsveç Norveçin müstəqilliyini tanınıb.
1917-ci ildə Bakıda "İsmailiyyə" binasında Müsavat Partiyasının ilk qurultayı keçirilib.
1917-ci ildə İlk cizgi filmi çəkilib.
1956-cı ildə Vyanada Atom enerjisi üzrə beynəlxalq agentlik - MAQATE təsis edilib.
1962-ci ildə Amerikanın Türkiyədəki qüvvələrini geri çəkməsi şərti ilə Xruşşov Kubadakı raketlərin sökülməsinə razı olub. Karib böhranı sona çatıb.
1962-ci ildə Böyük Britaniya və Fransa səsdənsürətli təyyarə hazırlamaq üçün müqavilə imzalayıb.
1967-ci ildə İranın sonuncu şahının sonuncu (dördüncü) xanımı Fərəhin tacqoyma mərasimi keçirilib. Fərəh Diba (Pəhləvi) İran tarixində tac qoyan ilk qadın (Şahbanu) kimi tarixə düşüb.
1982-ci ildə Hüseyn Cavidin nəşi Sibirdən Vətənə gətirilib.
1991-ci ildə Türkmənistanda referendum zamanı əhali yekdilliklə ölkənin müstəqilliyinə səs verib.
1992-ci ildə İran prezidenti Rəfsəncani Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində İranla gələcək bərabərhüquqlu münasibətlərin əsasını qoyan 14 protokol imzalanıb. Bu hadisə Azərbaycanın müstəqillik tarixində ilk çoxsaylı protokol mərasimi kimi tarixə düşüb.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılıb.
1994-cü ildə İordaniya və İsrail 46 illik münaqişədən sonra sülh müqaviləsi imzalanıb.

Doğumlar

1916-cı ildə Fransua Mitteran - fransız dövlət xadimi.
1919-cu ildə Məhəmməd Rza Pəhləvi - İran şahı.

Ölümlər

1972 - İqor Sikorski - Helikopter ixtiraçısı.

Bayramlar və xüsusi günlər

Nauru, Anqamov günü.
Avstriya, Parlament tərəfindən Avstriyanın daimi neytrallığı barədə Qanun qəbulu günü.
ABŞ, Qaynana günü.