Rusiyadan Azərbaycana gələnlərin sayı 90% artıb

Ölkəyə gələcək turistlərin sayında artım müşahidə olunacaq.
Bilet satışı
Bilet satışı

Rusiyada Azərbaycana olan biletlərin satışı 90 faiz artıb. ANS PRESS-in “Tass” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda aviabiletlərin və otellərin axtarışı üzrə ixtisaslaşan “Skyscanner” xidmətinin hesabatında deyilir.

“Skyscanner”in sorğusunda ümumilikdə 260 mindən artıq rusiyalı səyahət həvəskarı iştirak edib. Qurum satılan və öncədən sifariş edilən biletlər haqda məlumatlarını analiz edib.

Məlumata görə, öncədən sifariş edilmiş biletlərin 52 faizi ölkədaxili kurortlara alınıb. Ümumilikdə əhalinin 60 faizi bu il Rusiyadan kənara çıxmamağı planlaşdırır. Onlar daha çox Simferopol, Soçi, Anapa, MoskvaPeterburq şəhərlərinə üstünlük verirlər.

Rusiyalı turistlər
Rusiyalı turistlər

"Skyscanner”in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə də gedirlər. 2015-ci il ilə müqayisədə Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda 20 faiz, Ermənistanda isə 16 faiz artıb. Hələ də şimal qonşularımızın ən çox səyahət etdiyi ölkələrin İspaniyaİtaliya olduğu deyilir. "Skyscanner"in bildirdiyinə görə, bu rəqəmlər getdikcə Rusiya ilə qonşu ölkələrin xeyrinə dəyişir.

Azərbaycana olan biletlərin satışındakı artımın səbəbi birmənalı izah olunmur. Əsas səbəb kimi adətən Türkiyəyə, Misirə getməyə üstünlük verən rusların sayının azalması göstərilir. Azərbayanda keçiriləcək "Formula-1" yarışının da buna təsirsiz ötüşmədiyi deyilib.

Bakıda keçiriləcək Formula 1 yarışının tanıtım videosu
 

Şərhlər