İranda Məhərrəm ayı xüsusi qeyd edilir (VİDEO)

Tasua günündə küçələrdə əzadarlıq yürüşləri keçirilir.
İslam ölkəsi olan İranda da Tasua günü xüsusi anılıb.

ANS TV-nin İran bürosunun məlumatına görə, İran İslam Respublikasının hər bir yerində Məhərrəm ayı münasibətilə matəm mərasimləri keçirilir.

Əhali Kərbəla hadisəsində imam Hüseynin (ə) şəhadətini yad edir.

Aşura günü ilə yanaşı Məhərrəm ayının 9-cu günü, yəni Tasua günündə də küçələrdə əzadarlıq yürüşləri keçirilir.

Kərbəla hadisəsindən, imam Hüseyn (ə) və tərəfdaşlarının şəhadətindən əsrlər keçməsinə baxmayaraq, mərasimlər ildən-ilə İranda daha geniş forma alır.

İran sakini Mehdi Rezvani deyir ki, bu mərasimlər çox təsirlidi, inşallah ki, imam Hüseyn hamıya kömək etsin.

“Biz uşaqlıqdan belə mərasimlərdə iştirak edirik. Məhərrəm günləri bizə çox əzizdi. Biz həmişə Tasua günündə ehsan verirk”, – deyə Tehran sakini Behzad Cəvadi bildirib.

Tasua günündə İranın hər bir güşəsində Hüseyniyələr, məscidlər, imam Rza və həzrət Məsumə xanımın məqbərələrinə böyük axın müşahidə olunur.