İstanbulda yaşayan azərbaycanlı Türkiyə və Milan mediasında (FOTO)

Rüfət İsmayılov öz brendinin “Yaz-Yay 2016” kolleksiyasını Milanda keçirilən moda həftəsi çərçivəsində təqdim edib.
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı dizayner Rufət İsmayılov kolleksiyasını Milanda nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, Rüfət İsmayılov öz brendinin “Yaz-Yay 2016” kolleksiyasını Milanda keçirilən moda həftəsi çərçivəsində təqdim edib. Brend 2014-cü ildə Əli Benham Bəxtiyar ilə birgə yaradılıb.

Azərbaycanlı dizaynerin dəb nümayişində türkiyəli supermodel Tülin Şahin də çıxış edib. O, Rüfətin ilk qadın kolleksiyasının nümayiş etdirmək üçün podium çıxıb. Türkiyəli modelin amerikalı supermodel Sindi Kroufarda oxşarlığı medianın diqqətini çəkib. Televiziyalar reportajlarda onu “türkiyəli Sindi” adlandırırlar.

Rüfət İsmayılov ANS PRESS-ə açıqlamasında yeni kolleksiyasının marağa səbəb olduğunu söylədi: "Mənim dizaynımla hazırlanmış geyimlərin nümayişi İtaliya və Türkiyə kütləvi informasiya vasitələrində müsbət rezonans yaradıb. Bir çoxunun brend haqda məlumat əldə etməyə çalışırdı. Bu o deməkdir ki, geyimlərim artıq dünya brendinə çevrilir" - deyərək, uğurlarını bizimlə bölüşdü.