Azərbaycanlı milyarderin 55 yaşlı meneceri özündən 37 yaş kiçik qızla evləndi

Ölkədə yaranmış böhran və neftin qiymətinin aşağı düşməsi dəyişikliklərə səbəb olub.
Toy mərasimi
Toy mərasimi

Rusiyanın “Lukoyl” şirkətinin 55 yaşlı top-meneceri Valentin İvanov 18 yaşlı model Liza Adamenko ilə evlənib. ANS PRESS-in məlumatına görə, şirkətin Sinqapur filialının menecerinin toyu Fransada keçirilib.

Dəbdəbəli toy Nitsa yaxınlığında yerləşən “Chateau Saint Jeannet”də baş tutub. Gəlin məclisə “Vera Wang”dan olan təmtəraqlı donda gəlib. Qonaqları musiqiçilər Rita Dakota və Vlad Sokolovski əyləndirib. Cütlük artıq bir neçə ildir ki, görüşür. İvanov Sibirin Kansk şəhərini tərk edərək model karyerasına başlayan Lizaya onun karyerasının başlanğıcından dəstək olub. Fevralda Adamenkonun həddi-büluğa çatmasını qeyd etdikdən dərhal sonra Valentin İvanov ona evlənmək təklif edib. 

Rusiyanın "Lukoyl" şirkəti azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsusdur. Bu il aprel ayında Forbes Rusiyanın ən zəngin iş adamlarının reytinqinin 13-cü versiyasını açıqlayıb. 200 nəfərin adının olduğu milyarderlər siyahısında 5 azərbaycanlının  da adı var. Ölkədə yaranmış böhran, beynəlxalq sanksiyalar və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, reytinqdə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Rusiyanın ən zənginləri siyahısında  Vahid Ələkbərov 8,9 milyard dollar büdcəsi ilə azərbaycanlılar arasında liderdir. Neftin qiymətinin kəskin düşməsi "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun gəlirlərinə də təsir edib. Belə ki, o, sonuncu dəfə reytinqdə 6-cı yerdə idisə, indi 9-cu yerdədir. 

 

Şərhlər