Baykerlərin işi xeyli asanlaşdı (VİDEO)

Pet on Wheels oturacağı sayəsdin heyvanı motosikletdə təhlükəsiz daşımaq mümkün olacaq
Pet On Wheels - köpək çantası
Pet On Wheels - köpək çantası

Bu balaca it sahibi ilə Milan mərkəzini motosikletlə səyahət edir. İtaliyalı ixtiraçı Massimiliano Fasanın hazırladığı “Pet on Wheels” oturacağı sayəsində. 

Əsasən skuterlər üçün nəzərdə tutulmuş bu xüsusi oturacağı maşına və motosikletə də quraşdırmaq olur. Fasana bu ideyanın onda ehtiyacdan doğduğunu bildirir, belə ki, skuteri ilə müxtəlif yerlərə gedəsi olan zaman iti özüylə aparmalı olurdu. 

“Pet on Wheels” oturacağı həm heyvanın həm də sahibinin təhlükəsiz şəkildə səyahətini təmin edir, üstəlik onda əyləşən heyvan yerində hərəkətsiz qaldığından arxada gələn sürücülərin diqqətini yayındırmır. 

Bir çox ölkələrin yol hərəkəti haqqında qanunvericiliyində ev heyvanlarının motosikletlə daşınması qadağan olunsa da, Fasana bu oturacağın beynəlxalq nəqliyyat qanunlarına uyğun gəldiyini əmin edir. Məhsulun aprel ayında konveyr xəttində istehsala buraxılacağı gözlənilir.  İlkin satış qiyməti 200 avroya yaxındır.

Pet on Wheels
 

Şərhlər