Dünyanın ən böyük sərnişin gəmisindən yeni fotolar

Gəminin inşası 1 milyard 132 milyon dollara başa gəlib.
"Harmony of the Seas" gəmisi
"Harmony of the Seas" gəmisi

Dünyanın ən böyük sərnişin gəmisi "Harmony of the Seas"in (dənizin harmoniyası) ilk sınaq səfərindən yeni fotolar yayılıb. ANS PRESS-in məlumatına görə, gəmi Fransanın Sen-Nazer limanından Böyük Britaniyanın Sautgempton şəhərinə gəlib.

"2012-ci ilin dekabrında inşasına başlanan gəmi mayın 17-də istifadəyə verilib"

Fransanın “STX France” şirkəti tərəfindən inşa edilən 362 metr uzunluğu, 66 metr eni olan gəmi manevr qabiliyyəti və təhlükəsizlik sistemlərini sınamaq məqsədilə üç gün dənizdə olub.

8 min sərnişin tutumuna sahib gəmidə 2500 kabinet, 20 yeməkxana, 23 üzgüçülük hovuzu, 10 min gül və 50 ağacdan ibarət park var. Gəmidə səfər etmək istəyən sərnişinlər kayutaların keyfiyyət fərqinə görə 400-1200 avro ətrafında ödəniş edəcəklər. "Üzən şəhər" hesab edilən gəminin inşası ABŞ-ın "Royal Caribbean Cruises" şirkətinə 1 milyard 132 milyon dollara başa gəlib. Gəmi 16 göyərtədən ibarətdir, çəkisi 120 min ton, eni 66 metr, ekipajı isə 2,1 min nəfərdir.

77 ayrı millətin mənsublarından ibarət 2100 nəfərlik heyətə malik gəmi 6780 sərnişin üçün nəzərdə tutulub. Gəmidə 2747 adi və 20 süperlüks kayut, 23 hovuz, 52 ağac, 10587 bitki, bütün göyərtələr boyunca 11252 sənət əsəri var. 2012-ci ilin dekabrında inşasına başlanan gəmi mayın 17-də istifadəyə verilib.

"Harmony of the Seas" sabah Rotterdam şəhərinə, mayın 29-da isə özünün yay bazasına - Barselonaya doğru yola düşəcək. Yay aylarından etibarən laynerlə Aralıq dənizində həftəlik səfərlərə başlanacaq, oktyabrın sonundan isə Karib marşrutu üzrə hərəkət edəcək. Gəmidə səfər etmək istəyən sərnişinlər kayutaların keyfiyyət fərqinə görə 400 - 1200 avro ətrafında ödəniş edəcəklər.

 

Şərhlər