Baş nazirdən “Allahu Əkbər” təlimatı

Bundan sonra şəhidlərin dəfn mərasimində cənazə marşı çalınmayacaq.
Türkiyənin baş naziri Əhməd Davudoğlu
Türkiyənin baş naziri Əhməd Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu bundan sonra şəhidlərin dəfni vaxtı Şopenin “Cənazə” marşı əvəzinə “Təkbir” oxunması üçün təlimat hazırlandığını deyib. ANS PRESS-in məlumatına görə, Strasburqda rəsmi səfərdə olan Davudoğlu bu barədə onu müşayiət edən jurnalistlərə açıqlama verib.  

“Dəyanət işləri komitəsinin sədri ilə bu məsələ barədə söhbət etdik. Bu, bizim də zehnimizdə yara olan bir məsələdir. Baş nazirliyin müşaviri Kamal bəyə bu istiqamətdə iş görməsi üçün tapşırıq vermişəm. Əlaqədar qurumlarla müzakirə aparılacaq. Bu mərasimlərin millətimizin hisslərinə və inanc dünyasına uyğun hala gətirilməsi üçün iş görüləcək”, – deyə Əhməd Davudoğlu bildirib. 

Qeyd edək ki, Əhməd Davudoğlunun nəzərdə tutduğu, Osmanlı bəstəkarı İtrinin "Allahı Əkbər, Allahu Əkbər, La ilahə İlləllahu Vallahu Əkbər! Allahu Əkbər və Lillahil Həmd!" zikrinə bəstələnmiş "Təkbir" adlı musiqidir.  

 

Şərhlər