Sərnişinləri 3D printerdən çıxan avtobuslar daşıyacaq

Mikroavtobus əvvəlcə Vaşinqton, sonra Mayami və Las-Veqas yollarında görünəcək.
"Olli" mikroavtobusu
"Olli" mikroavtobusu

Bundan sonra ABŞ-da sakinləri 3D printerdən çıxmış avtobuslar daşıyacaq. ANS PRESS-in məlumatına görə, bu təşəbbüs Vaşinqtonda "Local Motors" şirkəti tərəfindən irəli sürülüb. 

Xarici KİV-in verdiyi məlumata görə, avtobus pilotsuz idarə sisteminə malikdir. "Olli" adlandırılmış bu nəqliyyat növü tezliklə Amerika yollarında görünəcək. İlin sonunadək "Olli"ni həm Mayami, həm də Las-Veqasda işə salmaq planlaşdırılır. 

3D printerdən hazırlanmasına baxmayaraq, bu mikroavtobuslar özlərində nəqliyyata lazım olan bir çox şeyi - elektrik mühərrikini, avtopilot sistemini, təkrar emalı təcəssüm etdirir. 

Printerdən çıxan bu avtobusları yaradanlar deyir ki, o, cəmi 11 saata hazır olur və onu yalnız mobil telefon vasitəsilə çağırmaq mümkün olacaq. "Olli" haqqında məlumatda o da qeyd olunur ki, mikroavtobus 20 km/saat sürəti ilə gedir və 12 sərnişin tutumuna malikdir. 
 
"Olli" mikroavtobusunun dizaynını universitet tələbəsi Edqar Sarmento hazırlayıb. O, şəhərdə yolları asan keçə biləcək sadə mikroavtobus yaratmaq istəyib.