47.3 milyon manatlıq nadir brilyant üzüyü kim alıb?

Hərracda satılmış qiymətli daşın çəkisi 15 karatdan artıq olub.
"Unique Pink" üzüyü
"Unique Pink" üzüyü

"Qeyri-adi çəhrayı" (Unique Pink) adlı nadir iri brilyant daş ötən gün 31.5 milyon ABŞ dollarına (47.3 milyon AZN) satılıb. Ümumi çəkisi 15.38 karat olan qiymətli daş planetdəki ən böyük çəhrayı brilyantdır.

Bundan da böyük brilyant 2010-cu ildə 46.6 milyon dollara satılıb.

ANS PRESS-in "Reuters" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Cenevrə şəhərində baş verib. Məşhur "Sotheby's" hərrac evində nadir armud formalı brilyant daş satılıb. Brilyant daş üzük qaşı formasında dizayn edilib. Mütəxəssislər onun qiymətini 28-38 milyon dollar aralığında qiymətləndiriblər.

Brilyant üzük hərrac zamanı 31.5 milyon dollara satılıb. Alıcının kim olduğu barədə məlumat gizli saxlanılır. "Qeyri-adi çəhrayı"nın çəkisi 15.38 karatdır. Brilyant planetdəki ən böyük çəhrayı rəngli daşlarından hesab olunur.

Çəhrayı daşlar arasında satış rekordu "Çəhrayı Qraf" (The Graff Pink) adlı brilyanta məxsusdur. Ümumi çəkisi 24.78 karat olan zərgərlik məhsulu 2010-cu ildə "Sotheby's" tərəfindən satılıb. Brilyantın hazırkı sahibi onun üçün 46.6 milyon dollar ödəməli olub.

Oxşar hadisə bir neçə gün əvvəl Kanadada baş verib.“Lucara Diamond Corporation” şirkəti böyük almaz daşını 63 milyon ABŞ dollarına satıb. Bu, indiyədək cilalanmamış almaz üçün ödənmiş ən böyük məbləğdir.

Şirkətin almaza olan sahiblik haqları bununla kifayətlənməyib. Kanadaya məxsus şirkət qiymətli daşın cilalandıqdan sonra hər dəfəki satışından 10 faizlik gəlir əldə edəcək.

Lucara Diamond” almazı ötən il Botsvanada aşkar olunub. Daşın çəkisi 813 karatdır (162.6 qram). Şirkət rəsmisi bildirib ki, Botsvanada başqa bir almaz da tapılıb. Sözügedən almaz daha böyükdür  və iyun ayında satışa çıxarılacaq.

 

Şərhlər