Dünyanı heyran edən təbiət mənzərələri (FOTO)

Bu məkanda şəkil çəkdirmək qadağan edilib.
Dünya həddən artıq gözəl və eyni zamanda sirlidir. Bilinən və bilinməyən tərəfləri ilə zəngin olan dünyanın saysız-hesabsız gözəl mənzərələri var. O, qeyri-adi gölləri, çayları, adaları ilə insanları hər zaman heyran edir.

ANS PRESS reallığına inanmayacağınız dünyanın ən gözəl mənzərələrini sizə təqdim edir.

Belə məkanlardan biri Mavriki ada dövlətidir. O, Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Mavriki adasının sahəsi 1865 kvadrat kilometr təşkil edir. Keçmiş Fransa müstəmləkəsi olan adaya hər il Avropadan yüz minlərlə turist axın edir. Öz sakinlərinin sayı isə 1 milyon 295 min nəfər təşkil edir.



“Pambıq qala” mənasını ifadə edən bu ərazi Türkiyənin Dənizli əyalətinin cənub -qərbində yerləşən təbii park hesab olunur. Şəhər isti bulaqlar, mineral sularla zəngindir. Türkiyənin İçəri Egey regionunda, mülayim iqlimə malik Menderes çayının dərəsində yerləşir.



Parıldayan mağaralar Yeni Zellandiya ərazisində yerləşir.120 il öncə kəşf edilən bu mağaraların içərisinə doğru bir çay axır. Çayın suyu gur olmadıqda turistlər qayıqla mağaraya daxil ola bilsələr də, qışda mağaraya girmək bir qədər çətin olur.

Mağaradakı parlaq mənzərəyə şahid olmanız üçün heç bir işıqlandırılma sistemi quraşdırılmayıb. Şəkil çəkdirməyin qadağan edildiyi bu adada parıldayan kristallar deyil, böcək və soxulcanlardır.



Avstraliyanın Reşerş arxipelaqında yerləşən Hiller gölü özünün qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Uzunluğu 600 metr, eni isə 200 metr olan bu göl 1802-ci ildə kəşf olunub. Göl çəhrayı rəngdədir. XX əsrin əvvəllərində bu göldən duz çıxarılmağa başlanılıb və bu proses 6 il davam edib.

Tədqiqat nəticəsində məlum olub ki, burada bitən mikro-yosunların duzlu suya buraxdığı qırmızı maddənin nəticəsində gölün rəngi belə olur. Digər bir versiyaya görə isə gölün bu cür rəng almasının səbəbi orada yaşayan xüsusi mikroorqanizmlərdir.

1950-ci ildə aparılan bir sıra araşdırmalar nəticəsində bu iddialar öz təsdiqini tapmadı. Bir müddət sonra da aparılan tədqiqatlar da nəticəsiz qaldı və indiyə kimi gölün bu cür rəngə boyanmasının səbəbi sirr olaraq qalır. Hiller gölünə yalnız hava yolu ilə getmək mümkündür.



Flay qeyzeri Nevada ştatının şimal -qərbində yerləşən, çox da böyük olmayan süni geotermal qeyzerdir. “Nevadanın ən görməli yerlərindən biri” adına layiq görülən bu yer nəinki turistlərə, həmçinin ştatın öz sakinlərinə də çox da məlum deyil.

Fly Geyser, həmçinin Fly Ranch Geyser kimi tanınan bu balaca geotermal qeyzer “Gerlach” ərazisinin şimalının 20 kilometr məsafəsində yerləşir.Bura səyahət edən bir çox turistləri özünə cəlb edən, Flay Qeyzerin tamamilə təbii fenomen olmamasının səbəbi 1916-cı ildə qazılan quyu zamanı yaranmasıdır.



Göyqurşağı çayı Kolumbiyanın Kolumbiyanın Meta əyalətində yerləşən gözəl görünüşə malik olan çaydır. Çay çox zaman “Beş Rənglər çayı”, “Maye Göyqurşağı” və dünyanın ən gözəl çayı adlandırılır. Buna səbəb isə çayın mavi, sarı,yaşıl , qırmızı rənglərdə görünməsidir.



İslandiyanın Skaftafell bölgəsindəki aktiv yanardağda olan bu mağara dünyanın ən əhəmiyyətli təbii zənginlikləri arasında yer alır. Kristal mağara adlanan bu buzlaq mağara gün işığında möhtəşəm görünür.



Vaadhoo adası Maldivlərdə yerləşən ən gözəl adalardan biridir. Gecələr adada baş verən hadisə hər kəsi heyrətləndirir. Belə ki, gecə saatlarında sahildə mavi rəngli işıltı peyda olur.Bu möhtəşəm hadisənin səbəbi isə sahilə vuran dalğalarda olan işıqlı planktonlardır.

İşıqlı planktonlar tək hüceyrəli canlılardır. Lakin bu hüceyrələrin içərisində elə bir üstün texnologiya var ki, onları narahat edəndə böyük bir sahili işıqlandıra bilirlər.