Abramoviç milyonlarını xərcləməyə yer tapmır

Rusiyalı sahibkar Roman Abramoviç Londonda yerləşən evində yeraltı hovuz tikdirəcək.
Rusiyalı sahibkar Roman Abramoviç
Rusiyalı sahibkar Roman Abramoviç

Rusiyalı sahibkar Roman Abramoviç Londonda yerləşən evində yeraltı hovuz tikəcək. ANS PRESS-in məlumatına görə, bu hovuz rusiyalı biznesmənə 40,5 milyon dollara başa gələcək.

Roman Abramoviç
Roman Abramoviç

Abramoviç Londonun prestijli rayonlarından sayılan Kensinqton da yerləşən evinin yeraltı hovuz tikintisinə icazəni artıq alıb. Verilən məlumata görə, hovuzun tikintisi “Çelsi”nin sahibinə 28 milyon funt sterlinqdə (40,5 milyon dollara) başa gələcək. Onun evinin dəyəri isə 159 milyon dollardır. Yeraltı kompleksin tikintisindən sonra mülkiyyətin sahəsi 1,5 kv dən 1,86 kv-ə qədər artacaq.

b2eaae54ac98
b2eaae54ac98

Dünyanın ən məşhur futbol komandalarından olan "Çelsi"nun sahibi, milyarder Roman Abramoviç həmçinin yaxta həvəskarı kimi tanınır. Abramoviç  163 metr uzunluğu və 1.2 milyon dollar dəyərində olan “Eclipse” adlı ultra lüks yaxtası ilə səyahətə çıxmağı çox xoşlayır.