Səyahətə çıxan adam milyonçu kimi qayıtdı

Conni Uard şirkətində 4 nəfər işçisi ilə bərabər gündə min dollar qazanır.
Ailəsini, dostlarını və 2500 dollarlıq işini atıb dünya səyahətinə gedən Conni Uard ölkəsinə milyonçu kimi geri qayıdıb.

ANS PRESS –in məlumatına görə, Conni Uardın belə varlanmasına səbəb səyahət zamanı yaratdığı internet saytı olub.

Belə ki, 31 yaşlı Connyi Uard səyahət vaxtı çəkdirdiyi şəkilləri dostları və qohumları ilə rahat paylaşmaq üçün “step4ward” adlı internet saytı yaradır. İnternetlə çoxda maraqlanmayan Uardın yaratdığı saytın məşhurlaşması ilə o külli miqdarda gəlir əldə edir.

Saytın məşhurlaşdığını görən reklam agentlikləri Uardı əməkdaşlığa dəvət ediblər. İndi o şirkətində işləyən 4 nəfər işçisi ilə bərabər gündə min dollar qazanır.






Bəxti gətirən səyyah

Uardın səyyah reklamdan əldə etdiyi gəlirlə dünya səyahətinə davam edir. Bu günə qədər Conni Uard 152 ölkədə olub.






Səyahəti zamanı çəkdirdiyi fotolar

Dəyəri milyon dollarlarla hesablanan şirkət sahibinin hədəfi isə dünyada yerləşən 193 ölkənin hamısını ziyarət etməkdir.