Ən gözəl yunan adaları (FOTO)

Dənizə qədər tamamilə yaşıllıqla əsasən zeytun ağacları ilə əhatə olunub.
Yunanıstan dünyanın qədim sivilizasiyalarından biridir. Öz zəngin mədəniyyəti sayəsində bu ölkə ən məhşur turist istiqamətlərindəndir. Ölkə cənub-şərqi Avropada, Afrikanın, Asiyanın və Avropanın kəsişmə nöqtəsində yerləşir.

Ölkə Avropanın birinci inkişaf etmiş sivilizasiyalarından biri idi. Yunanıstanın sahilləri qərbdən İon dənizi ilə şərqdə Egey dənizinin suları ilə yuyulur. Tək rəsmi dil yunan dilidir. Paytaxtı Afina şəhəri olan Yunanıstanın ümumi ərazisi təxminən 50 min km² təşkil edir.

Ölkə dağlıq relyef formasına uyğundur.Yunanıstan sahil xəttinin uzunluğuna görə dünyada onuncu yeri tutur. Turistlərin Yunanıstana marağını çəkən isə bu ölkənin füsünkar adalara sahib olmasıdır.

ANS PRESS sizə ən gözəl yunan adalarını təqdim edir.

Kos Egey dənizində yerləşən bu qədim antik dövrlərdə zəlzələ və sürüşmə nəticəsində ayrılmış dağ zəncirinin bir hissəsidir. Ada qədim Bizans abidələri, tarixi hamamlar, teatrlar, kilsələrlə zəngin memarlıq cənnətidir desək yanılmarıq.



Lesbos Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus adadır. Ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. Digər yunan adalarından fərqli olaraq ada yaşıl meşələrlə əhatə olunduğundan adaya “zümrüd” adı verilib. Dənizə qədər tamamilə yaşıllıqla, əsasən zeytun ağacları ilə əhatə olunub.



Farmakonisi adası da ən gözəl yunan adaları siyahısındadır. Gənc yaşlarında dəniz quldurları tərəfindən əsir götürülən Yuli Sezar bir il burada əsir saxlanılıb. Ailəsi tərəfindən istənilən fidyənin iki qatı ödənildikdən sonra azadlığa çıxan Sezar donanma yaradaraq bütün quldurları çarmıxa çəkdi.



Daha bir füsünkar yunan adası Gavdos adasıdır. Ən gözəl playjaları olan adalar siyahısındadır. Digər yunan adalarından fərqli olaraq burada gecə dənizin kənarında yatmağa icazə verilir.