Havada dayanan bina

Yaradıcı insanlar hər zaman qeyri adi kreativ dizaynlar yaratmaqda davam edir.
Yaradıcı insanlar hər zaman qeyri-adi, kreativ dizaynlar yaratmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, İngiltərənin paytaxtı Londonda turistik səmtlərdən Covent Gardendə "havada dayanan bina" hər gün bu səmtdə gəzən minlərlə insanın diqqətini çəkir. Bina özünəməxsusluğuna görə "Time Out" jurnalının "Bu həftə Londonda görməli yerlər" siyahısında ilk sırada yer alıb.

Həmçinin İngiltərədə London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərib. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir.

Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur "Old-Bik" teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı – "Röyal – Festival – Holl" yerləşir.