Səyahət üçün ən ucuz ölkələr (FOTO)

Bu ölkələrdə az pullada istirahət edə bilərsiniz.
Dünya çox böyükdür, onun hələ kəşf edilməmiş gözəllikləri çoxdur. Səyahət etmək, dünyanı gəzmək əksər insanların hər zaman arzusudur. Yaşadığınız dünyanın gözəlliklərini görmək, onu daha da yaxından tanımaq insanın dünya haqqındakı biliklərini artırır.

Düzdür indi bu arzunu reallaşdırmaq heç də hər kəsə qismət olmur. Buna səbəb isə maliyyə böhranı, turizm sahəsinin bahalılığıdır. Amma bu o demək deyil ki, siz evdən çıxmamlısınız. ANS PRESS oxucularına minumum vəsaitlə maksimum səyahətin, həzzin yollarını təqdim edir. Bu ölkələrdə siz elə də çox olmayan vəsaitlə ürəyiniz istəyən kimi gəzə, görə bilərsiniz.

Təbii ki, insanlar fərqlidir və onların komfort haqqında fikirləri də fərqlidir. Bəziləri üçün adi hostel kifayətdir, bəzilərini isə 5 ulduzlu otel belə razı sala bilmir. Siz də heç bir turizm şirkətinin təkilatçılığı olmadan az vəsaitlə gəzmək istəyirisinizsə siyahı ilə yaxından tanış olun.

Siyahının başında ən böyük adalar dövləti İndoneziya durur. Dünyada əhalisinin sayına görə dördüncü yerdə olan bu ölkə gözəl mənzərələrlə zəngindir. Burada iki nəfər üçün gündəlik büdcə 40-50 dollar təşkil edir. Adalarda qiymətlər bir birindən fərqlənir. Normal qonaq evi Sumatrada 100 min rupi (9-10 dollar), Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələ bilər.




İkinci yerdə Laos qərarlaşıb. Laos Xalq Demokratik Respublikası Hind–Çin yarımadasında yerləşir. Paytaxtı Vyentyan şəhəridir. Laosda iki nəfər üçün gündəlik büdcə 55-65 dollar təşkil edir. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək.




Növbəti ölkə isə filmləri, rəqsləri, ədviyyatları və s zəngin olan Hindistandır. Burada iki nəfərlik gündəlik büdcə 40-45 dollardır. Hindistanda küçə yeməyi demək olar ki, havayıdır. Turistik restoranlarda yemək orta hesabla 200-400 rupiyə (3-6 dollar) başa gələcək. Demək olar ki, hər yerdə 300-500 rupi (5-8 dollar) versəniz siz yataq, divar və damdan ibarət dəstə sahib olacaqsız, 600-900 rupiyə isə (10-15 dollar) kondisionerli otaq əldə edə bilərsiz. Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.



Nepal dövləti Himalayda Çin və Hindistan arasında yerləşir. Gözəl mənzərələri ilə sizi özünə valeh edəcək bir ölkədir. İki nəfərlik gündəlik büdcə, dağlarda 40 dollara yaxın, ölkənin digər yerlərində - 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 400-500 rupi (4-5 dollar) bəs edir. Turistik kafelərdə isə bu 2-3 dəfə baha başa gələcək, iki nəfərlik nahar təxminən 15 dollar olacaq. İki nəfərlik yer ucuz qonaq evində gündə 500-800 rupi (5-8 dollar), 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.




Yaşayış məntəqələri Nil çayı boyunca yerləşən, Misir zəngin tarixi abidələri ilə bütün dünyada məşhurdur. Turistlər üçün sərfəli olan bu ölkədə iki nəfər üçün gündəlik büdcə 50-60 dollar civarındadır. Misirdə küçə yeməyi çox ucuzdur. Restoranda yeməklərinə gələn hesab isə 10 dollardan çox olmayacaq. Sadə qonaq evində otaq 15 dollar, oteldə isə 25-30 dollara tapmaq mümkündür.


Səyahət etməyə dəyər ölkələrdən biridə Tunisdir . İki nəfərlik gündəlik büdcəsi 60-70 dollar olan bu ölkəni gəzməyə dəyər. Restoranda nahar 15 dinar (8-9 dollar) olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 45-50 dinara (20-26 dollar) sadə nömrə tapmaq olar.



Qonşu ölkə olan ola Gürcüstan da ucuz səyahət edə biləcəyiniz ölkələr siyahısındadır. Belə ki, burada iki nəfərlik gündəlik büdcə 75-85 dollar təşkil edir. Gürcüstanda küçə yeməyi yoxdur. Analoq kimi xaçapurini göstərmək olar, onları hər küçə başında 2-3 lariyə (1,5 dollara) satırlar. Kafedə nahar 10-12 lariyə (5-6 dollar) başa gələcək. Aralıq variant kimi – xəngəl ola bilər. Bir ədədi 50-60 tetridir (0,25 dollar), bu xəngəlin 10 dənəsi bütün gün tox qalmaq üçün kifayət edir.



Serbiyanı da gəzməyə dəyər. Cibinizə də sərf edəcək bu ölkədə iki nəfərlik gündəlik xərci 70-80 dollardır. Normal restoranda nahar sizə 10 dollara başa gələcək. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq isə 25-35 dollara başa gələcək.