Bəy gəlini şadlıq evinə TIR-da apardı

Maraqlı toy mərasimi Tatarstanda baş tutub.
TIR sürücüsünün toy karvanı
TIR sürücüsünün toy karvanı

Tatarıstanda TIR sürücüsü özünə qeyri-adı toy edib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, sürücü toy karvanına üç dənə TIR daxil edib.

Maraqlı toy Tatarıstanın Aktanışski rayonunda təşkil edilib. TIR sürücüsü İlnar Mannonov gəlin Aliyə Mannonovanı şadlıq evinə yük maşınında aparıb.

Toy mərasimi ötən il  avqustun 28-də baş tutsa da toy karvanının videosu iyulun 1-də ortaya çıxıb.

Ağır tonnajı avtomobillərin üzəri güllərlə və digər bəzək əşyaları ilə bəzədilib. Yük maşınlarından ibarət toy karvanı sakinlərin marağına səbəb  olub. 

Belə toy karvanlarına bir neçə dəfə Azərbaycanda da rast gəlinib. Bir müddət əvvəl Sumqayıt şəhərində 4 traktordan ibarət toy karvanı yaradılmışdı. Traktorlar xüsusi bəzənilmiş formada toy karvanına qoşulub.

Tatarıstanda qeyri-adı toy karvanı

 Həmçinin bir müddət əvvəl bəylə gəlin toya adət etdiyimiz formada, yəni avtomobildə deyil, "Vespa" markalı motosikletlə gəlmişdi. Onları eyni zamanda bir neçə gənc də müşayiət edib. Paytaxt küçələrində gəzən cütlük xeyli əyləndikdən sonra toy mərasiminə gediblər.

Bu hadisə ətrafdakı insanların da diqqətini çəkib. İnsanlar bəy və gəlini təbrik ediblər.

Toy karvanından görüntülər
Toy karvanından görüntülər
 

Şərhlər