6 min insan sülh üçün soyundu

Bu aksiya Spenser Tunikin təşəbbüsü ilə gerçəkləşib.
6 min insan sülh üçün soyundu
6 min insan sülh üçün soyundu

Kolumbiyanın Boqota şəhərində 6 min insan soyunaraq dünyada sülh olmasına dəstək verib. ANS PRESS-in məlumatına görə, bu aksiya amerikalı fotoqraf  Spenser Tunikin təşəbbüsü ilə gerçəkləşib.   

İnsanlar paltarsız müsbət 7 dərəcədə dayanıblar. “Biz çılpaq olaraq dinc olmağa xoşbəxtik. Bu akta biz hamımız şərikik və bununla dünyada əmin-amanlığı bölüşürük. Bu həm də birlik deməkdir. Xurafatın kökünü kəsmək vaxtı gəlib çatdı artıq”. Çəkiliş Boqotanın əsas meydanında baş tutub. Bu Tunikin son 6 ildə ən böyük layihəsi hesab olunur. 

6 min insan sülh üçün soyundu
6 min insan sülh üçün soyundu
Boqota şəhəri. Kolumbiya
Boqota şəhəri. Kolumbiya

Fotoqrafın ən böyük fotosessiyası 2007-ci ildə Mexikoda olub. O vaxt Tunikə 18 min lüt insan poz verib. O, dünyanın müxtəlif şəhərlərində qeyri-adi fotosessiya edib. Tunik 2007-ci ildə Alp dağlarında 600 könüllü insanın paltarsız şəkillərini çəkib. 600 insan  mənfi 10 dərəcədə soyunaraq poz veriblər.